Misirdə qış turizmi “su qiymətinədir” 

10:00 15.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu qış rusiyalı turistlər üçün ən ucuz çimərlik tətili ölkəsi Misir olub. Tur Operatorlar Assosiasiyasının ATOR-un açıqladığı məlumatlara istinad edən “İzvestiya” qəzeti yazır ki, Şimali Afrika ölkəsində adambaşına 40-60 min rubl xərcləyərək bir həftəlik tətil etmək olar.

Hafta.az-ın yazdığına görə, ATOR nümayəndələri bəyan ediblər ki, Birləşmiş Ərəb Əmirliklərində 5 ulduzlu oteldə dörd nəfər üçün hər şey daxil olmaqla bir həftəlik tətil 400 min rubla başa gəlir, Misirdə isə bu qış bu qiymət 250 min rubla düşüb.

Tur operatorları xüsusilə Qırmızı dəniz tətillərinin 30 faiz ucuz olduğunu vurğulayıblar. Qəzet İsrailin Qəzzada davam edən əməliyyatı səbəbindən avropalı turistlərin bölgədən uzaq qaldığını və buna görə də otellərin qiymətləri aşağı saldığını yazıb.

Ancaq qəzetə danışan sənaye nümayəndələri Misir turlarının Rusiyada satışında böyük bum gözləmirlər. Müvafiq olaraq, iki ölkə arasında uçuşların sayı yüksək həcmdə turist axınını qəbul edəcək qədər böyük deyil.